“Azərbaycanla Vaşinqton və Brüssel formatında görüşlər davam edəcək”

14 May 2023 08:00 Gündəm 479
“Azərbaycanla Vaşinqton və Brüssel formatında görüşlər davam edəcək”

“Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Brüsseldə aparılacaq danışıqlar sülh müqaviləsi ətrafında mövqelərin yaxınlaşması baxımından səmərəli mərhələdir”.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi müzakirələrdə müsbət atmosfer yaratmaq üçün mümkün olan hər şeyi edib.

“Bu, həqiqətən də, mümkün müqavilə layihəsi ətrafında mövqelərin yaxınlaşması üçün effektiv mərhələ idi.

Təbii ki, hələ müzakirə edilməli olan bir sıra kritik məsələlər var, məhz buna görə də Brüsseldə sammit görüşü, ardınca isə Moskvada xarici işlər nazirləri səviyyəsində görüş təşkil olunur. Digər görüşlər də olacaq”, - deyə nazir müavini jurnalistlərə müsahibəsində bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti