Araik Qarabağdan qaçmaq istəyir, Rusiya qoymur...

27 Mart 2023 13:50 Gündəm 765
Araik Qarabağdan qaçmaq istəyir, Rusiya qoymur...

Azərbaycan və erməni xalqlarının barışığında, ümumən bölgədə uzunmüddətli sülhdə ən çox Rusiyanın maraqlı olmadığına dair dəlil-sübutlar sürətlə artmaqdadır.

Elə təkcə Qarabağda müvəqqəti yerləşdirilmiş “sülhməramlı” kontingentin separatçılarla getdikcə güclənən təhlükəli iş birliyini qeyd eləmək yetər.

Əfsus ki, bu iş “ortaqlığı” rəsmi Bakının ard-arda və haqlı narazılıqlarını həyasızcasına qulalardı eləmək dərəcədə geniş miqyas alıb.

Nəticədə Azərbaycan Ordusu “Fərrux” əməliyyatına bənzər bir əməliyyat keçirməli oldu. İndi nə qədər atılıb-düşürlər, düşsünlər, ağız-ağıza versinlər. Ötən ilin aprelindəki köhnə “havanı” çalsınlar.

Yenə başlayıblar ki, bəs Azərbaycan tərəfi bununla 10 noyabr üçtərəfli bəyanatı, “təmas xətti”ni pozub, geri çəkilməlidir. Öz suveren ərazimizdə hansısa müvəqqəti “qonağın” diktəsi ilə hara geri çəkilməliyik ki? İşğalçı-zadıq bəyəm?

İkinci yandan hansı “təmas xətt”indən söhbət gedir? Azərbaycan daxilində belə bir “təmas xətti” yoxdur, ola bilməz! Çünki torpaqlarımız sortlara bölünmür, bölünə bilməz! Qarabağda Silahlı Qüvvələrimiz də heç bir legitim ordu ilə qarşı-qarşıya deyil. Həmçinin “sülhməramlılar” “təmas xətti”nin digər tərəfi sayılmaz.

Beləcə, Rusiya hələ də qanunsuz kriminal rejimi və onun terrorçu tör-töküntülərini bizə legitim tərəf, “qarşı tərəf” kimi sırımağa çalışır. Onları çoxdan oradan çıxarmalı və ya silahsızlaşdırmalı olduğu halda.

İşə bax, Azərbaycan öz suveren haqqına əsaslanıb bir azca sərt tədbirlər görən kimi, Rusiyanın da, onun öz “qanadı” altına aldığı separatçı elementlərin və İrəvanın da yadına o saat 10 noyabr sənədinin müddəaları düşür. Hansı sənədin əsas müddəalarına ki (xüsusən də 4-cü və 9-cu bəndlər), elə özləri tüpürüblər...

Paşinyan-Araik düşmənçiliyi sayəsində məxfi plan açıldı: Erməni terrorçu  Kremlin sirrini yaydı -

Bu arada Musavat.com-un məlumatına görə, erməni nəşri “Qraparak” öz mənbələrinə istinadən yazıb ki, separatçıbaşı Araik Arutyunyan bir neçə gün öncə Rusiyaya gedib və qayıdıb (Maraqlıdır görəsən, “Şeytan yuvası”ndan hansı yolla çıxıb – əsas, yoxsa gizli - torpaq yolu ilə?) Onun Moskvada bir sıra görüşlər keçirdiyi bildirilir. Qayıtdıqdan sonra isə yaxın ətrafını toplayıb və özünün “istefası” məsələsinin təxirə salındığını və yaxın gələcəkdə “prezident seçkiləri olmayacağını” söyləyib.

“O, həmçinin deyib ki, Azərbaycanla uzunmüddətli və amansız qarşıdurmaya hazırlaşmaq lazımdır - atəşə atəşlə cavab vermək, diversiya cəhdlərinin qarşısını almaq və diversiyaçıları məhv etmək, Qarabağda normal həyatı bərpa etmək, alternativ yolu işə salmaq və kiçikdən-böyüyə silahlanaraq, gözlənilən müharibəyə hazırlaşmaq lazımdır. Eyni zamanda, o, ermənilərin qarşısında iki yol olduğunu deyib: ya Qarabağdan getmək, ya da müstəqillik naminə mübarizə aparmaq, lazım olsa həlak olmaq. Azərbaycanla inteqrasiya variantı istisna edilir”, - nəşr qeyd edib.

Kreml Paşinyanı niyə vicdansız elan etdi: Qərb isə İrəvanı Rusiyanı  sanksiyalardan yayındırmaqda suçlayır

“Qraparak” ardınca yazıb: “Nikol Paşinyanla son görüşdən sonra o, (Arutyunyan – red.) ümidsiz halda Artsaxa qayıdıb, çünki Paşinyan Artsaxın Azərbaycana inteqrasiyasının alternativinin olmadığı barədə Bakının tezisini demək olar, təkrarlayıb. Arutyunyan hesab edir ki, onun “prezident” qismində görəcəyi bir iş artıq qalmayıb və istefaya gedir. Artsaxın siyasi dairələrində istisna etmirlər ki, ya Moskva onu bu fikrindən çəkindiriləcək, ya da o istefa ərizəsi yazacaq”.

Məlumat doğrudursa (böyük ehtimalla belədir), demək, Rusiya separatçılarla birgə dövlətimizə qarşı çirkin oyunlarını davam etdirir. O sırada iki xalq arasında ədavətin qalması və dərinləşməsi üçün, erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyasını əngəlləmək üçün əlindən gələni edir.

Ancaq rəsmi Moskva gərək unutmasın ki, bu kimi oyunların bir gün sonu gələcək. Araik də Qarabağda sonuncu qondarma “prezidentdir”. Növbəti belə bir şarlatana dözüm göstərməyəcəyikk. Çünki Azərbaycan üçün keçilməz “qırmızı xətlər” var. Vardanyan məsələsi gərək ki, dərs olmalı idi axı. Təkcə ermənilərə yox...

Digər Xəbərlər
Xəbər Lenti