“Paşinyan Qarabağı Azərbaycana vermək istəyirsə, KTMT niyə köməyə çatmalıdır?”

24 Noyabr 02:40 Gündəm 278
“Paşinyan Qarabağı Azərbaycana vermək istəyirsə, KTMT niyə köməyə çatmalıdır?”

“Sual yaranır, KTMT ermənipərəst mövqe nümayiş etdirəcək, ya yox? Deyim ki, Ermənistan Respublikasının “avtoritetlərindən” çox şey asılıdır.

Əgər Paşinyan özü Qarabağı Azərbaycanın bir hissəsi ola biləcəyini etiraf edirsə, Şuşa və Hadrutunu itirilməsiylə razılaşırsa, öz müqəddəratını təyinetmə hüququnun məcburi şəkildə həyata keçirilməsindən danışmırsa, Azərbaycanın maraqlarını Əliyevdən daha “ağıllı” müdafiə edirsə, onda KTMT və ya ATƏT bizim maraqlarımızı qorumalıdır?”

Bu sözlər Ermənistanın müxalifətdə olan Respublika partiyasının sədr müavini (lider Serj Sərksyan), keçmiş deputat Eduard Şarmazanov facebook səhifəsində yazıb.

Şarmazanov KTMT-yə üzv dövlətlərin prezidentlərinin 2016-cı il oktyabrın 14-də İrəvanda keçirilən sammitində xalqların öz müqəddəratını təyinetmə hüququna, həm də Vyana və Sankt-Peterburq razılaşmalarına istinadla ermənipərəst sənəd qəbul etdiyini bildirib.

“Görək Paşinyanın dövründə KTMT ölkələrinin prezidentləri hansı bəyanatla çıxış edəcəklər? Liderlərin fəaliyyəti "boşboğazlıqlarına" görə deyil, işin nəticələrinə görə qiymətləndirilir”, - deyə, o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 03:00 "Sabah"la bacarmadılar