"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda G qrupunun VI turunda "Frayburq"u qəbul edəcək.
Almaniya klubu büu gün Bakıda gözlənilməz addım atıb. Belə ki, qonaqlar az öncə Bakı Olimöpiya Stadionuna (BOS) təşrif buyurub.
"Frayburq" BOS-un ehtiyat meydançasında 30-40 dəqiqə yüngül məşq edib. Hazırlıq prosesi əsasən topsuz keçib və müxtəlif isinmə hərəkətlərinə həsr olunub.
Demə, “Frayburq” bir həftə öncə BOS-a rəsmi şəkildə müraciət edərək, məşq meydançası istəyib, lakin bunun üçün hansı günü seçdiklərini bildirməyib.
Dünən Bakıya təşrif buyuran almanlar yalnız saatlar öncə sözügedən məkana baş çəkib və bank vasitəsilə ödəniş etdikdən sonar meydançaya ayaq basıb.
Baş məşqçi Kristian Ştrayx hazırlıq prosesinin gedişində futbolçularla deyib-gülüb, fəqət, fotoların çəkilməsinə icazə verməyib.
SPORTİNFO.AZ

