“Qarabağ” üçün ürəkaçan mənzərə - SON DƏQİQƏ FOTOREPORTAJI

3 Noyabr 2022 16:40 Gündəm 931
“Qarabağ” üçün ürəkaçan mənzərə - SON DƏQİQƏ FOTOREPORTAJI

“Qarabağ” bu axşam tarixinin ən vacib oyunlarından birinə çıxacaq.

Almaniyanın köklü klublarından “Frayburq”u qəbul edəcək Azərbaycan çempionu qələbəni hədəfləyib.

“Olimpiakos” – “Nant” qarşılaşmasında fransızların mümkün qələbəsi Bakıda bizimkilərin almanlardan 3 xal almasını şərtləndirəcək.

“Qarabağ” özünəməxsus texnikalı futbunu sərgiləməklə qonaqları çaş-baş salmalı və istəyinə çatmalıdır. Bunun üçünsə Tofiq Bəhramov adına Respublika stadionunun qazonundan çox şey asılıdır.

“Köhlən atlar”ın səfər görüşlərində inamlı təsir bağışlamasında ot örtüyünün böyük rolu var. “Qarabağ”ın topla rəftarı sevən aparıcı futbolçuları məhz “xalça” üzərində daha effektli görünür.

Bu axşam “Qarabağ”la “Frayburq”u qarşılayacaq Respublika stadionunun yaşıl meydanı ideal vəziyyətdə olmasa da, yaxşı adlandıra bilərik.

Bəli, müəyyən yerlərdə kiçik saralmalar müşahidə olunur. Lakin yay ayları ilə müqayisədə indiki durumu xeyli yaxşıdır.

Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Frayburq” dueli bu axşam saat 21:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti