“Biz bədbəxt sülh müqaviləsi imzalanmaması üçün hər şeyi edəcəyik. Lakin imzalansa belə hələ də onun ratifikasiyası proseduru var”.
Bunu "Hayastan” fraksiyasından olan deputat İşxan Saqatelyan deyib.
“Aydın deyirəm ki, Qarabağ məsələsi ilə bağlı, onun (separatçı qondarma rejimin-red.) öz müqəddəratını təyinetmə hüququnu məhdudlaşdıracaq istənilən sənəd konstitusiyaya ziddir.
Bu Ermənistanın İstiqlal Bəyannaməsini tapdalamaq, düşmən tərəfinə keçmək deməkdir. Bəli, lazım gələrsə, ölkənin konstitusiya quruluşunun bərpası vəzifəsi qoyulacaq”,-deyə erməni deputat bildirib.

