Hafiz Məmmədovun məşhur məkanı acınacaqlı durumda - FOTOLAR

1 Noyabr 2022 14:20 Gündəm 917
Hafiz Məmmədovun məşhur məkanı acınacaqlı durumda - FOTOLAR

Bir vaxtlar Bakının ən öndə gedən hotellərindən olan “Ramada Shamdan” indi baxımsızlıqdan bərbad hala düşüb.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun əməkdaşı sözügedən hotelin son halını əks etdirən fotoları lentə alıb.

Hazırda toz içində olan hotelin üst mərtəbələrindəki pəncərələri qırılıb. Bu isə bu ilin martın 11-də “Ramada Shamdan”da baş verən yanğınla əlaqələndirilir.

Ancaq hotelin yanğın olmayan hissəsində də bəzi qırılmış pəncərələr var ki, onların da yeri taxta materiallarla örtülüb.

Məsələ burasındadır ki, hotel yanğın baş verməzdən uzun müddət öncə fəaliyyətini dayandırıb. Bu isə “Bakı”ın prezidenti Hafiz Məmmədovun müflisləşməsi ilə əlaqələndirilir.

Hotelin qanuni təmsilçisi isə fəaliyyətini dayandıran klubun sahibinin oğlu Kənan Məmmədovdur. “Ramada Shamdan”ın hazırda 64045.23 manat vergi borcu var.

“Ramada Shamdan” “Milyonerlər məhəlləsi” kimi tanınan Məmməd Araz küçəsində yerləşir. Hafiz Məmmədov 2013-cü ildə Bakıya gələn “Atletiko”nu (Madrid) da məhz bu hoteldə qəbul etmişdi.

Hafiz Məmmədovun məşhur hoteli acınacaqlı durumda

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti