Erməni separatçıları Xocalıda məskunlaşır - FOTO

1 Noyabr 2022 12:10 Gündəm 637
Erməni separatçıları Xocalıda məskunlaşır - FOTO

Qarabağdakı separatçı rejim qanunsuz məskunlaşma işlərini davam etdirir.

Məlumata görə, əsasən bu işlər Xocalı şəhərinin ərazisində aparılır.

Erməni quldurların “Əsgəran rayonunun İvanyan icması” adlandırdığı Xocalı ərazisində “müharibə nəticəsində köçkün düşmüş sakinlər üçün yeni yaşayış massivinin tikintisi”nin davam etdirildiyi iddia olunur.

Qondarma rejimin oyuncaq “şəhərsalma nazirliyi”nin məlumatında görə, ərazi 2 və 4 otaqlı fərdi evlərdən ibarət olacaq. Hər evə 1200 kvadratmetr torpaq sahəsinin ayrılması nəzərdə tutulub.

Məlumatda deyilir ki, ümumilikdə 107 ev tikilir, onlardan 86-sı Hayastan Ümumerməni Fondu, 21-i “artsax dövlət büdcəsi” hesabına maliyyələşdirilir. İlin sonunadək 60 yaşayış binasının tikintisinin başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Göründüyü kimi, erməni həyasızlığı sərhəd tanımır. Xüsusən də Azərbaycan üçün çox həssas bir məntəqədə torpaq bölüşdürür, qanunsuz evlər tikirlər. İnanırıq ki, günün birində cavablarını alacaqlar.

312562179_454502130148831_3232522851119280983_n.jpg (636 KB)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti