“Rusiya qüvvələri 4 yaşayış məntəqəsindən çıxardılıb”

1 Noyabr 2022 03:50 Gündəm 529
“Rusiya qüvvələri 4 yaşayış məntəqəsindən çıxardılıb”

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu Luqansk vilayətinin Karmazinovka, Myasojarovka və Nevskoye və Donetsk vilayətinin Novosadovo yaşayış məntəqələrindən sıxışdıraraq çıxarıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən müvəqqəti işğal etdiyi əraziləri saxlamağa, taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır, müəyyən istiqamətlərdə müdafiə qüvvələrinin hərəkətlərinin qarşısını almağa səylərini cəmləşdirir, eyni zamanda Baxmut və Avdeyevski istiqamətlərində hücum əməliyyatları aparır”, - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Spirnoye, Soledar, Baxmut, Andreyevka, Maryinka və Pervomayskoye yaşayış məntəqələri ərazilərində hücumları dəf edib.

“Ukraynanın raket qoşunları və artilleriya qüvvələri dörd komanda məntəqəsini, canlı qüvvənin, silah və hərbi texnikanın cəmləşdiyi on ərazini, altı sursat anbarını, zenit-raket kompleksini, artilleriya atəşi mövqelərinin ərazisini və düşmənin digər üç mühüm hədəfini vurub”, - Baş Qərargahdan bildirilib.

Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində 90-dan çox yaşayış məntəqəsini işğaldan azad etdiyi bildirilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti