"CBC Sport"dan Ağayevlə bağlı VACİB QƏRAR

1 Noyabr 2022 17:00 Gündəm 888
"CBC Sport"dan Ağayevlə bağlı VACİB QƏRAR

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin UEFA-dan mühüm təyinat almasını xəbər vermişdik.

Belə ki, o, ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edəcək.

Ağayev 6-cı turda “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq. Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Noyabrın 2-də Danimarkada keçiriləcək sözügedən matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Futbol tariximizdə ilk dəfədir ki, Azərbaycanı təmsil edən hakim ÇL-in qrup mərhələsinin oyununa təyinat alır.

Buna görə də xəbərin rəsmi açıqlanmasından sonra sosial şəbəkələrdə əsas müzakirə olunan məsələlərdən biri də məhz qarşılaşmanın turnirin ölkəmizdə yayımçı kanalı olan "CBC Sport" kanalında canlı verilib-verilməyəcəyi oldu.

Narahatlıq doğuran məqama aydınlıq gətirmək üçün telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq:

"Əlbəttə, "CBC Sport" kanalı Əliyar Ağayevin idarə edəcəyi oyunu canlı yayımlayacaq. Əvvəlcədən “Milan” – “Zalsburq” oyunun canlı verməyi nəzərdə tutmuşduq.

Amma Əliyarın təyinatından sonra plan dəyişdi. Baxmayaraq ki, turnir cədvəli baxımından kimsə deyər ki, “Milan”ın oyunu daha vacibdir.

Ancaq biz düşünür ki, futbol ictimaiyyətimiz üçün vacib olan budur. Əliyara da uğurlar arzu edirik. İnanırıq ki, öz ustalığın bizə və bütün Avropaya göstərəcək".

Xatırladaq ki, hazırda "Borussiya" qrupda 8 xalla 2-ci, "Kopenhagen" isə 2 xalla sonuncu - 4-cü yeri tutur.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti