"Rusiya gözləyir ki, Azərbaycan və Ermənistan..."

31 Oktyabr 2022 01:20 Gündəm 912
"Rusiya gözləyir ki, Azərbaycan və Ermənistan..."

"Rusiya gözləyir ki, Rusiya, Azərbaycan və Ermənistan Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Soçidə keçiriləcək üçtərəfli görüşü Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına doğru irəliləməyə imkan verəcək".

Bunu jurnalistlərə xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

"Hələ də çoxlu problemlər var. Düşünürəm ki, onların hamısı, o cümlədən sabah Soçidə keçiriləcək görüşdə müzakirə olunacaq. Ümid edirik ki, bir sıra məsələlərin, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda hansısa formada irəliləyiş əldə ediləcək. ”, - Rusiya XİN rəhbərinin müavini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM