Paşinyan sülhməramlıların mandatının 20 ilə qədər uzanmasını istəyir

29 Oktyabr 2022 21:50 Gündəm 729
Paşinyan sülhməramlıların mandatının 20 ilə qədər uzanmasını istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin mandatını 20 ilə qədər uzatmağa hazır olduğunu açıqlayıb.

Paşinyan belə bir təklifin Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəyərləndirilməsini istəyib.

“Rusiya sülhməramlılarının vəzifələrini davam etdirmələrini istəyirik. Mən Soçidə sülhməramlıların mandatını 10, 15-ə qədər uzadacaq sənədi imzalamağa hazıram. Bu, 20 il də çəkə bilər”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci ilin noyabrında Qarabağda atəşkəs razılaşmasının icrasını yoxlamaq üçün göndərilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti