Hazırda Gəncə şəhər stadionunda Premyer Liqanın 12-ci turu çərçivəsində “Kəpəz” – “Neftçi” qarşılaşması keçirilir.
İki həftə əvvəl uzun fasilədən sonra sözügedən arenada “Neftçi”ylə görüş baş tutmışdı ki, yerli azarkeşlər say çoxluğu və fəallığı ilə diqqət çəkmişdi.
Lakin “Səbail”lə oyunda tribunalarda seyrəklikdir. 350 minlik şəhərdə keçirilən oyuna azarkeş marağının gözlənilən səviyyədə deyil. Müxtəlif sektorlarda əyləşmiş futbolsevərlərin ümumi sayının 2 mini ötmədiyini deyə bilərik.
Halbuki “Kəpəz” rəqiblərini mövsümün əvvəlində başqa şəhər və rayonlarda qəbul edəndə gəncəli azarkeşlər üsyan edir, israrla yerli komandanın Gəncədə oynamalı olduğunu vurğulayırdı.
Matçın 5-ci dəqiqəsində “Sportinfo”nun əməkdaşının stadiondan çəkdiyi şəkillərdə “Kəpəz”in Gəncədəki sevgisinin dozasını görmək mümkündür.
HƏBİB / GƏNCƏ
SPORTİNFO.AZ

