Almaniya klubu təxirə salınmış oyunda qələbə qazandı - Konfrans Liqası

28 Oktyabr 2022 18:40 Gündəm 601
Almaniya klubu təxirə salınmış oyunda qələbə qazandı - Konfrans Liqası

Konfrans Liqasının qrup mərhələsində V turdan təxirə salınmış oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, D qrupunda Almaniya "Köln"ü Çexiyada "Slovaçko"nun qonağı olub.

Görüş Bundesliqa təmsilçinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 82-ci dəqiqədə penaltidən Ondrey Duda vurub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Köln" 3-cü pillədəki yerini qoruyub. 4 xalı olan "Slovaçko" isə sonuncudur.

Qrupa 8 xalla Fransa "Nitsa"sı başçılıq edir. Eyni xala malik Serbiya "Partizan"ı 2-ci sırada qərarlaşıb.

"Slovaçko" - "Köln" matçı ötən gün qatı duman səbəbindən təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM