“Qarabağ” narahat olmasın – “Bojuar”da Azərbaycan rüzgarı əsəcək

27 Oktyabr 2022 16:40 Gündəm 702
“Qarabağ” narahat olmasın – “Bojuar”da Azərbaycan rüzgarı əsəcək

“Qarabağ”ın “Nant”la ermənilərin çoxluq təşkil etdiyi Fransadakı qarşılaşması səbrsizliklə gözlənilir.

Bu klubun azarkeşləri ölkədə öncüllərdən sayılır ki, Avropa Liqası matçında nə dərəcədə fəal olacaqlarını birlikdə görəcəyik.

Təbii, “Qarabağ” da tribunalardan lazım olan sevgini görməlidir. Fransada, qonşu Almaniya, İtaliya, İspaniya kimi ölkələrdə xeyli sayda soydaşımızın yaşadığını nəzərə alsaq, qonaqlar üçün ayrılmış sektorda möhtəşəm ab-hava yaşanacağını indidən təxmin etmək olar.

Azərbaycan çempionu Nanta enən kimi 50-yə yaxın futbolsevər komanda üzvlərini qarşılamaq üçün hava limanına gəlmişdi. Haşiyəyə çıxaraq qeyd edək ki, məhz bu şəhərdə 4 minə yaxın azərbaycanlı yaşayır.

Onlardan təxminən 300 nəfərinin “Bojuar” stadionuna təşrif buyuracağını əminliklə deyə bilərik. 200-ə yaxın həmyerlimizin isə Fransanın başqa şəhərlərindən və qonşu dövlətlərdən gələcəyi ehtimal olunur.

Beləliklə, oyun günü stadionda 500 civarında “Qarabağ” azarkeşinin yerini tutacağını gözlənilir. Meydan sahibi klub qonaq fanatlar üçün 1800 yer ayırıb.

Avropa Liqasının 5-ci turu çərçivəsində baş tutacaq “Nant” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti