İspanlar uduzdu, daha iki ölkə pley-offa çıxdı – NƏTİCƏLƏR+FOTOLAR

25 Sentyabr 2022 00:42 Gündəm 535
İspanlar uduzdu, daha iki ölkə pley-offa çıxdı – NƏTİCƏLƏR+FOTOLAR

Bu gün UEFA Millətlər Liqasında V tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 3-cü oyun günündə A, B və C Liqalarında ümumilikdə 9 oyun keçirilib.

A Liqasının 2-ci qrupunda İspaniya evdə İsveçrəyə, Çexiya isə Portuqaliyaya uduzub.

B Liqasının 1-ci qrupunda Ukrayna səfərdə Ermənistanı darmadağın edib. Şotlandiya isə evdə İrlandiyaya qalib gəlib.

2-ci qrupda 1 oyun baş tutub. İsrail evdə Albaniyanı məğlub edərək, adını pley-offa yazdırıb. Meydan sahibləri həəmçinin A Liqasına vəsiqə qazanıb.

4-cü qrupda Norveç səfərdə Sloveniya ilə, İsveç isə Serbiya ilə bacarmayıb.

Nəhayət, C Liqasının 2-ci qrupunda Şimali İrlandiya evdə Kosovodan, Kipr isə Yunanıstandan güclü olub. Məğlubiyyətə baxmayaraq, yunanlar həm B Liqasına, həm də pley-offa yüksəlib.

24 sentyabr

A Liqası
2-ci qrup
22:45. İspaniya - İsveçre - 1:2

Qollar: Xordi Alba, 55 - Manuel Akanci, 21. Brel Embolo, 59

22:45. Çexiya - Portuqaliya - 0:4

Qollar: Diequ Dalot, 33; 52. Brunu Fernandeş, 45+2. Dioqu Jota, 82

Xal durumu: Portuqaliya - 10, İspaniya - 8, İsveçrə - 6, Çexiya - 4

B Liqası
1-ci qrup
17:00. Ermənistan - Ukrayna - 0:5

Qollar: Aleksandr Timçık, 22. Aleksandr Zubkov, 57. Artyom Dovbik, 69; 84. Danil İqnatenko, 81.

22:45. Şotlandiya - İrlandiya - 2:1

Qollar: Cek Hnendri, 49. Rayan Kristi, 82 (penalti) - Con İqan, 18

Xal durumu: Şotlandiya - 12, Ukrayna 10, İrlandiya - 4, Ermənistan - 3

2-ci qrup
22:45. İsrail - Albaniya - 2:1

Qollar: Şon Veysman, 46. Tay Baribo, 90+2 - Mürto Uzuni, 88

Xal durumu: İsrail - 8 (4 oyuna), İslandiya - 3 (3 oyuna), Albaniya - 1 (3 oyuna), Rusiya* - 0

4-cü qrup
20:00. Sloveniya - Norveç - 2:1

Qollar: Andraj Şporar, 69, Benyamin Şeşko, 81 - Erlinq Holann, 47

22:45. Serbiya - İsveç - 4:1

Qollar: Aleksandar Mitroviç, 18; 45+1; 48. Saşa Lukiç, 70 - Viktor Klaesson, 15

Xal durumu: Norveç - 10, Serbiya - 10, Sloveniya - 5, İsveç - 3

C Liqası
2-ci qrup
20:00. Şimali İrlandiya - Kosovo - 2:1

Qollar: Gevin Uayt, 82 - Coş Macennis, 93 - Vedat Muriki, 58

22:45. Kipr - Yunanıstan - 1:0

Qol: Marinos Tsionis, 18

Xal durumu: Yunanıstan - 12, Kosovo - 6, Şimali İrlandiya - 5, Kipr - 5.

Digər Xəbərlər
Xəbər Lenti