Bu gün Ukrayna ilə Şotlandiya ilə qarşılaşacaq - Millətlər Liqası

21 Sentyabr 2022 21:40 Gündəm 543
Bu gün Ukrayna ilə Şotlandiya ilə qarşılaşacaq - Millətlər Liqası

Bu gün UEFA Millətlər Liqasının C Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında I qrupun ilk turundan təxirə salınmış oyun keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Matçı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.

Hazırda Ukrayna yığması 3 oyundan 7 xalla qrupa başçılıq edir. 6 xalı olan Şotlandiya seçməsi isə 2-ci pillədə qərarlaşıb.

I qrup

22:45. Şotlandiya - Ukrayna

Baş hakim: Mauritsio Mariani (İtaliya)

Qlazqo, "Hempden Park" stadionu

Xal durumu: Ukrayna - 7, Şotlandiya - 6, İrlandiya - 4 (4 oyuna), Ermənistan - 3 (4 oyuna)

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!