Azərbaycan millisinə laqeyd münasibət - AFFA-dan AÇIQLAMA

21 Sentyabr 2022 22:20 Gündəm 1 812
Azərbaycan millisinə laqeyd münasibət - AFFA-dan AÇIQLAMA

Azərbaycan Millisi Millətlər Liqasında son iki oyuna hazırlaşır.

Sentyabrın 22-də Trnavada Slovakiyanın qonağı olacaq seçməmiz bundan 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.

3-cü liqada mübarizə aparan Canni de Byazinin rəhbərlik etdiyi komanda öncəki 4 matçda Slovakiya və Qazaxıstana məğlub olub, Belarusla görüşlərdən 4 xalla ayrılıb.

Xoş gələcəklə bağlı arzular böyük ölçüdə “suya düşüb”. Yığmamız son 2 qarşılaşmadan qələbə ilə ayrılıb rəqiblərin büdrəməsinə bel bağlamalıdır ki, bu da çətin görünür.

Trnavada milli üzvlərinə dəstək lazımdır. Lakin həmin dəstəyi verən olmayacaq. Səbəb bu ölkədə və Avropada yaşayan soydaşlarımızın Azərbaycan yığmasının uğur qazanacağına inanmamasıdır.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan aldığımız bilgiyə görə, indiyə qədər heç kim biletlə bağlı assosiasiyaya müraciət etməyib.

Bu isə o deməkdir ki, oyun günü qonaqlar üçün ayrılmış tribunada ən yaxşı halda 10-15 azərbaycanlı yer alacaq.

Sentyabrın 22-də Millətlər Liqası çərçivəsində baş tutacaq Slovakiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti