"Lap Quardiolanı da gətir bu komandaya, xeyri yoxdur" - VİDEO

20 Sentyabr 2022 17:00 Gündəm 767
"Lap Quardiolanı da gətir bu komandaya, xeyri yoxdur" - VİDEO

Premyer Liqanın ilk 7 turunda qeydə alınan nəticələrdən sonra bəzi baş məşqçilərin ətrafında ciddi söz-söhbətlər yaranıb.

Buna bir misal kimi “Şamaxı”nın çalışdırıcısı Cavid Hüseynovla “Səbail”də işləyən Mahmud Qurbanovu göstərmək olar.

“Sportinfo TV”də yayımlanan “Futbol söhbəti” verilişinin aparıcısı Elçin Cəfərov bu mövzuya toxunub.

Bildirib ki, heyətində gənc yerli futbolçuların yer aldığı komandadan uğur gözləmək yersizdir:

“Legionerlər və təcrübəli yerlilər olmadan, lap istəyirsiz, Pep Quardiolanı gətirin, nəticə verməyəcək. Mahmud Qurbanov, Cavid Hüseynov kimi yerli mütəxəssislərə dəstək olmaq vacibdir”.

Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti