"Real”ın sabiq futbolçusu “Qarabağ”ın qarşısına baş məşqçi kimi çıxacaq - "Olimpiakos"da

20 Sentyabr 2022 16:20 Gündəm 1 051
"Real”ın sabiq futbolçusu “Qarabağ”ın qarşısına baş məşqçi kimi çıxacaq - "Olimpiakos"da

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"unun yeni baş məşqşisi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Pirey təmsilçisi ispaniyalı Miçel Qonsalesə tapşırılıb.

59 yaşlı mütəxəssis artıq Afinaya yola düşüb.

Miçel Qonsales 1982 - 1996-cı illərdə ölkəsində "Real Madrid"in formasını geyinib. Son olaraq 2021-ci ildə "Xetafe"nin sükanı arxasında olan baş məşqçi 2013 - 2015-ci illərdə "Olimpiakos"a rəhbərlik edib.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti