Premyer Liqaya qayıdan klubun anlaşdığı yeni hücumçunun adı bilindi

20 Sentyabr 2022 11:00 Gündəm 1 269
Premyer Liqaya qayıdan klubun anlaşdığı yeni hücumçunun adı bilindi

«Kəpəz»in transferini rəsmən açıqlamağa hazırlaşdığı yeni legionerin kimliyi məlum olub.

Premyer Liqaya qayıdan Gəncə klubu Ahmied Aljaburi ilə anlaşıb.

29 yaşlı hücumçu vaxtilə İranın aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinib.

Arazın o tayından gələn forvardla 10 aylıq müqavilə şərtləri razılaşdırılıb. «Susangerd»in yetirməsi ölkəsində olaraq «Naft MS»ın şərəfini qoruyub.

O, daha öncə «Naft Əhvaz», «Hafari Əhvaz», «Fulad Novin», «İstiqlal Əhvaz», «İpanjavan», «Nassaji», «Badran Tehran», «Padideh Xorasan» və «Fulad»ın uğurları üçün tər töküb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM