Məşhur baş məşqçi ilə “Qarabağ”ın yolları kəsişəcək?

20 Sentyabr 2022 00:30 Gündəm 1 152
Məşhur baş məşqçi ilə “Qarabağ”ın yolları kəsişəcək?

Fransa millisinin və PSJ-nin sabiq baş məşqçisi Loran Blan "Qarabağ"ın Avropa Liqasındakı rəqibi olan Yunanıstan "Olimpiakos"una rəhbərlik edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira özünün şəxsi tviter hesabında məlumat verib.

Onun sözlərinə görə, Pirey təmsilçisinin əsas məqsədi 57 yaşlı mütəxəssisi bu vəzifəyə gətirməkdir. Fransalı baş məşqçi ilə 2 illik müqavilənin imzalanacağı gözlənilir.

O, bu postda Karlos Korberanı əvəzləyəcək.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM