Baş məşqçini istefaya göndərdilər - "Qarabağ"la oyundan öncə

19 Sentyabr 2022 12:40 Gündəm 1 460
Baş məşqçini istefaya göndərdilər - "Qarabağ"la oyundan öncə

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.

Sportinfo.az Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları V tur oyunundan sonra istefaya göndərilib.

İspaniyalı baş məşqçi avqustun 2-də bu posta təyin olunub.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM