"Kəpəz" ev oyunlarını nə vaxt Gəncədə keçirəcək? – SON MƏLUMAT

18 Sentyabr 2022 10:40 Gündəm 1 914
"Kəpəz" ev oyunlarını nə vaxt Gəncədə keçirəcək? – SON MƏLUMAT

Gəncəli futbolsevərləri sevindirəcək yeni xəbər əldə etmişik.

Peşəkar Futbol Liqasından (PFL) redaksiyamıza daxil olan informasiyaya görə, «Kəpəz»in Premyer Liqanın ikinci dövrəsindən etibarən ev oyunlarını doğma şəhərdə qəbul etməsi planlaşdırılır.

PFL rəhbərliyinin Gəncəyə son səfərində bununla bağlı müzakirə aparılıb. Həmçinin AFFA yerli İcra Hakimiyyəti () ilə problem ətrafında fikir mübadiləsi aparıb və razılıq əldə olunub. İH arenada təhlükəsizliyin təmin edilməsini öz üzərinə götürüb.

«Kəpəz» oktyabrın 16-da ikinci dövrənin ilk oyununa çıxacaq. Qərb təmstlçisi həmin gün «Neftçi»ni qəbul edəcək.

Rəsmi açıqlamya görə, komandanın öncə Bakıda, sonra Qəbələdə ev oyunlarını keçirməsinin səbəbi gəncə şəhər stadionunun tribunalarının qəza vəziyyətində olmasıdır,

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti