"Qurban Qurbanov və komandası, şəhidlərimizin ruhuna dua oxudu, xalqa ehsan verdi" - ŞƏHİD ATASI

17 Sentyabr 2022 22:20 Gündəm 999
"Qurban Qurbanov və komandası, şəhidlərimizin ruhuna dua oxudu, xalqa ehsan verdi" - ŞƏHİD ATASI

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini "Nant"la matçda qazandı - 3:0.

Belə həssas günlərdə Fransa klubu üzərində darmadağınla qazanılan qələbənin əhəmiyyəti daha böyükdür.

Ki, Ermənistanla sərhəddə şəhid olan hərbişilərimizin üzüntüsünü yaşayan xalqımız bu böyük qələbə sayəsində az da olsa, üzündə gülüş, qəlbində rahatlıq yarandı.

Bunu Vətən Müharibəsi şəhidi, qəhrəman baş leytenant, “Qarabağ”ın azarkeşi və Qurban Qurbanovun pərəstişkarı Səid Rəşidzadənin atası Nofəl Qasımovun sosial şəbəkə hesabındakı paylaşımından hiss etmək mümkündür.

Nofəl bəy postunda bu sözləri yazıb: "Qurban Qurbanov və komandası, şəhidlərimizin ruhuna dua oxudu və xalqa ehsan verdi.Allah qəbul eləsin!!!".

Əlavə edək ki, bir müddət əvvəl tədbirlərin birində qəhrəman şəhidin atası Nofəl bəy təcrübəli mütəxəssislə yaxından görüşmüş və Səiddən xatirə qalmış papaq və poqonları Qurban Qurbanova təqdim etmişdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti