Növbəti hücumçu transferinə hazırlaşır - "Qarabağ"ın rəqibi

16 Sentyabr 2022 03:20 Gündəm 1 338
Növbəti hücumçu transferinə hazırlaşır - "Qarabağ"ın rəqibi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" növbəti transferə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Pirey klubu "Marsel"in hücumçusu Sedrik Bakambu ilə anlaşmaq üzrədir.

31 yaşlı forvard yaxın günlərdə Yunanıstana yollanaraq rəsmi müqaviləyə qol çəkəcək.

Konqo millisinin üzvün "Soşo", "Bursaspor", "Vilyarreal", "Beyjinq Qoan" klublarında çıxış edib.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti matçını bir həftə sonra Bakıda oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM