“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

15 Sentyabr 2022 19:10 Gündəm 766
“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”ın "Nant"la oyunu ilə əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.

Sportinfo.az xəbər verir ki, sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə metropolitenin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən kütləvi tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq stansiyaya növbətçilik cədvəli üzrə əlavə işçi qüvvəsi ayrılacaq.

Saat 20:45-də başlanacaq oyuna yollanacaq azarkeşlərin rahat və təhlükəsiz hərəkətini tənzimləməklə yanaşı, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərə alınacaq.

Ümumən isə qatarlar bu gündən tətbiq edilmiş yeni payız-yaz qrafikinə uyğun hərəkət edir.

Azarkeş marağını nəzərə alaraq, görüş başa çatdıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin olunacaq. Ehtiyac yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti