“Real" və "Bavariya"nın ulduzu Azərbaycana da gələcək

16 Sentyabr 2022 02:20 Gündəm 1 176
“Real" və "Bavariya"nın ulduzu Azərbaycana da gələcək

"Qarabağ"ın Avropa Liqasının qrup mərhəlsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u Kolumbiya millisinin futbolçusu Xames Rodrigesin transferini açıqlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tezliklə 32 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanacaq.

Hələlik anlaşmanın detalları bəlli deyil.

Son olaraq Qətərdə "Əl Rayyan" komandasının formasını geyinən təcrübəli oyunçu İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klublarının da şərəfini qoruyub.

Daha əvvəl braziliyalı müdafiəçi Marselonu transfer edən Pirey təmsilçisi Fransa "Marsel"indən Sedrik Bakambu ilə də anlaşıb.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti