Hazırda ürəyi Azərbaycanla döyünən hər kəsin diqqəti Azərbaycan - Ermənistan sərhəddində yaşananlara yönəlib.
Belə ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına qarşılıq olaraq ordumuz bütün sərhəd boyu cavab həmləsi həyata keçirir. Düşməni yerinə otuzduran ordumuz bu yolda 71 şəhid verib.
Sərhəddən gələn belə ağır xəbərlər hamımızı üzməmiş deyil. Və belə gündə hərə bir yolla döyüş meydanında olan əsgərimizə dəstək olur, şəhidlərimizin yaxınlarına başsağlığı verir.
Sevindirici haldı ki, onların arasında əcnəbi vətəndaşlar da yox deyil. Məsələn, "Sabah" klubunun mərkəz müdafiəçisi Abdulaye Ba kimi.
Legioner oyunçu öz instaqram hesabında üzərində Azərbaycan bayrağı və Allah şəhidlərimizə rəhmət eləsin yazısı olan fotonu paylaşıb.
Böyük izləyici ordusu olan Seneqal millisinin üzvü karyerası ərzində "Fənərbaxça", "Portu" kimi məşhur klublarda çıxış edib. Və bu paylaşım həm də onların məlumatlı olmaında önəmli rol oynaya bilər.
İstənilən halda ölkəmizə gəldiyi qıs müddət olmasına baxmayaraq, dərdimizə şərik olan, şəhidlərimizə ehtiram göstərən Baya böyük çox sağ ol düşür.
XANOĞLAN / SPORTİNFO.AZ

