Ermənistan Azərbaycanla yenə müharibə etmək istəyir - VİDEO

14 Sentyabr 2022 17:20 Gündəm 742
Ermənistan Azərbaycanla yenə müharibə etmək istəyir - VİDEO

Ermənistanın təxribatları nəticəsində sərhəddə baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 50 nəfər hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı.

Həmişə idman sahəsində baş verən ən actual mövzulara şərh verməklə tanınan “Sportinfo TV”nin aparıcısı Elçin Cəfərov bu dəfə gündəmdəki mövzu haqda danışıb.

Tanınmış aparıcı-ekspert deyib ki, baş verənlərdə Ermənistanın münasibətlərin normallaşdırılması prosesindəki destruktiv mövqeyi də əsas rol oynayır.

Hələ Vətən Müharibəsindən əvvəlki dönəmdə danışıqlar prosesinin gedişatı göstərir ki, hansısa irəliləyiş məqamında və razılaşma üçün şərait yarananda İrəvan cəbhə xəttində təxribat törədib:

“Eyni xətti bugünkü Ermənistan rəhbərliyi davam etdirir.

Belə ki, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması, qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində prosesin pozulmasına yönəlmiş şərtlərin irəli sürülməsi, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi İrəvanın münasibətlərin normallaşdırılmasının qarşısını almağa hesablanmış məqsədyönlü və destrukiv fəaliyyətinin göstəricisidir.

Görünən odur ki, Ermənistan münasibətlərin normallaşmasında və bütövlükdə sülh prosesində maraqlı deyil.

Onu da qeyd edək ki, Ermənistan rəhbərliyi hər dəfə belə təxribatlarının iflasa uğramasından sonra ora-bura zəng edir, xarici siyasi mərkəzlərdən dəstək almağa çalışır. Bu dəfə də eyni hal təkrarlandı”.

:Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz

:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti