Mahir Emrelinin şərəfin qoruduğu "Dinamo" (Zaqreb) bu gün Çempionlar Liqasının qrup mərhələsində ikinci oyununa çıxacaq.
Xorvatiya təmsilçisi ilk turda surprizə imza ataraq İngiltərə nəhəngi "Çelsi"ni məğlub etmişdi - 1:0.
Emrelinin komandası bu dəfə İtaliya nəhəngi "Milan" səfərinə yollanıb. Qarşılaşma axşam 20:45-də start götürəcək.
Azərbaycanlı forvard ağır oyun öncəsi Azərbaycan - Ermənistan sərhəddinə baş verənlərə də biganə qalmayıb.
O, Ermənistan silahlı qüvvələrinin sərhəd boyu təxribatlarının qarşısını alarkən şəhid olan hərbiçilərimizindən bir neçəsinin fotosunu "Allah rəhmət eləsin" başlığı ilə paylaşıb.
Dünən Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə qarşı tərəfin təxribatlarının qarşısına alarkən 50 hərbi qulluqçumuzun şəhid olmasını açıqlayıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
XANOĞLAN / SPORTİNFO.AZ

