“Allah Qurban Qurbanovu bu xalqa çox görməsin!”

13 Sentyabr 2022 19:40 Gündəm 573
“Allah Qurban Qurbanovu bu xalqa çox görməsin!”

“Allah Qurban Qurbanovu bu xalqa çox görməsin!”

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq yarımmüdafiəçisi Kamal Quliyev deyib.

O, ölkə futbolunun hazırkı durumu ilə bağlı danışıb.

Vaxtilə “Neftçi”, “Karvan”, “Xəzər Lənkəran” kimi klubların şərəfini qorumuş, millinin formasını geyinmiş veteran vəziyyətin ürəkaçan olmadığını deyib.

Hamı kimi, Quliyevi də məmnun edən “Qarabağ”ın avrokuboklarda əldə etdiyi nəticələrdir:

“Qurban Qurbanov o cür işlər görür, uğurlar qazanır, üzümüzü güldürür. Allah “Qarabağ”da işləyən, oynayan hər kəsin işini avand eləsin.

Baxıram, ürəyim açılır. İnsanlar çəkilən əziyyətin bəhrəsini görür”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti