“Qarabağ”ın oyununda “hoqqa” verən hakimlərlə bağlı ƏN SON XƏBƏR – CƏZA GƏLİR!

12 Sentyabr 2022 16:40 Gündəm 5 140
“Qarabağ”ın oyununda “hoqqa” verən hakimlərlə bağlı ƏN SON XƏBƏR – CƏZA GƏLİR!

Hesabat turunun “Qarabağ” – “Sabah” oyununun (4:3) son saniyələrində verilən yanlış qərar hələ uzun müddət yaddaşlarda qalacaq.

Oyun başa çatıb, “tələbələr” hakim haqsızlığı ilə üzləşib, “köhlən atlar” hava-su kimi lazım olan 3 xalı qazanıb.

İndi sual doğuran məqam oyunun baş hakimi İnqilab Məmmədova qarşı hansı tədbirlərin görüləcəyidir.

AFFA Hakimlər Komitəsi bineyi-qədimdən hakimlərin cəzası ilə bağlı açıqlama verməyib. "Ənənə"yə indiyə kimi qorunmaqdadır. Ona görə də Məmmədovun aqibətini bilmək üçün növbəti həftələri gözləməliyik.

Amma buna gərək yoxdur. Çünki komitəyə yaxın şəxsdən lazım olan məlumatları almışıq.

Əvvəla onu qeyd edək ki, matçın son saniyələrində yol verilmiş xəta oyunun yekun nəticəsinə təsir edən səhv kimi yox, kobud səhv kimi dəyərləndirilir. Bu da səbəbsiz deyil.

Yekun nəticəyə təsir edən səhv topa həlledici zərbə zamanı verilən qərar zamanı qəbul olunur.

Yəni qol ofsayddan vurulubsa, yaxud komandalardan biri yanlış penalti zərbəsinə görə məğlub olubsa, yaxud hakimin səhv cərimə zərbəsi qərarının davamında top qapıya daxil olubsa, bu, yekun nəticəyə təsir edən səhv sayılır.

Amma “Qarabağ” – “Sabah” oyununda top autdan oyuna daxil edildikdən sonra bir neçə ötürmə edilib və epizodun davamında qol vurulub.

Ona görə də bu, hakimin kobud səhvi kimi dəyərləndirilir.

Əsas sual: İnqilab Məmmədov cəzalanacaqmı?

Həmin səhvə görə məsuliyyəti hakimin birinci köməkçisi Namik Hüseynov daşıyır. Çünki aut atışları zamanı qərar verən şəxs laynsmandır.

Baş hakim öz qərarını köməkçisinin qərarından tutarlı hesab etdiyi zaman məsuliyyət birincinin üzərinə düşür. Amma burada İnqilab Məmmədov Namik Hüseynovun qərarına müdaxilə etməyib.

Ona görə də cəza Məmmədova yaxın, Hüseynova veriləcək. Təbii ki, 90 dəqiqənin analizi zamanı İnqilabın kobud səhvləri aşkarlanmasa.

Daha bir sual: bu cür səhvə görə hakimi neçə oyunluq cəza gözləyir?

Hakimlərin işindəki səhvlərlə bağlı cəza kodeksində hər bir nöqsanın özünə görə cəzası var. Namik Hüseynovla bağlı qərar kobud səhv kimi dəyərləndirilsə, o, qarşıdakı 4 turda “dincələcək”.

Amma ölkə futbolunda hər cür sürprizlərlə rastlaşdığımızı və rastlaşa biləcəyimizi nəzərə alsaq, həmin epizoda başqa “dön geyindirib” cəzanı yüngülləşdirmək də mümkündür.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti