Almanlar "Qarabağ"a yalandan tərif deyib?

12 Sentyabr 2022 20:20 Gündəm 2 520
Almanlar "Qarabağ"a yalandan tərif deyib?

"Qarabağ"ın Frayburq səfərindən məğlub qayıtması hər nə qədər üzüntü yaşatsa da, komandanın bundesliqanın hazırkı liderinə qarşı göstərdiyi mübarizə əksəriyyət tərəfindən alqış qazandı.

Bəli, hamı yox, əksəriyyət tərəfindən.

Yerdən qalan azlıq isə "məğlubiyyətə çox sağ ol" düşmür yanaşmasına fokslanmış oldu.

Hətta bir qədər qabağa gedərək bunu edənləri qınadılar da. Son illər oxşar hallar çox yaşanıb.

Yaxşı, siz deyən olsun. Tutaq ki, çoxluq səhv yoldadır. Hətta bundesliqanın hazırkı liderinə qarşı oyunda gözəl oyun da alqışı haqq etmir. Mütləq qələbə qazanmaq lazımdır (ay sizin...).

Bəs Almaniya mətbuatına nə sözünüz? Bəs "Frayburq" tərəfdarlarına nə sözünüz? Bəs "Frayburq"lu futbolçulara, çalışdırıcıya nə sözünüz?

Ki, onlar da mütləq çoxluqla təmsilçimizin məğlubiyyətinə rəğmən meydanda göstərdiyi mübarizəni xoş notlarda qarşıladılar. Bəzən heç bizim də dilimizə gətirmədiyimiz "ağırlıq"da tərif yağdırdılar.

Almaniya təmsilçisinin sosial şəbəkə hesabında "Qarabağ"a ünvanlanan tərifin sayı-hesabı yox idi.

Əla oyuna görə Qurban Qurbanovun yetirmələrini alqışlayan almanlar xal itkisindən son anda qurtulmağın sevincini də gizlətmirdi.

İndi bu qədər alman da yalan danışır? (Ay sizin...)

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti