Premyer Liqanın bərk "qoz"u

10 Sentyabr 2022 16:00 Gündəm 1 183
Premyer Liqanın bərk "qoz"u

Premyer Liqaya qayıdışı 9 il gözləyən «Turan Tovuz»un ehtiyatındakı xalların sayı artıq 10-dur.

Bir oyun az keçiriblər hələ.

Ayxan Abbasov təqvim avantajından əla istifadə elədi. Əsas rəqiblərlə qarşılaşmalardan bu qədər xal qoparmaq səliqəli məşqçi çalışmasıdır.

Bu, hələ başlanğıcdır, «Turan» get-gedə həm forma yığacaq, həm də formalaşacaq.

Əlbəttə, 9 illik intizardan sonra təkrar I Divizionun yolunu tutmaq «Turan»ı sarsıdar. Bu yerə güclə, min bir əzabla, məşəqqətlə, AFFA-nın «saqqızını oğurlayaraq» gəliblər.

Onları Premyer Liqada tutacaq tək qüvvə nəticədir. Ayxan Abbasov da bunun – qazanmağın yolunu gözəl bilir.

Praqmatik futbolun gənc dədəsidir. «Zirə»ni də, «Sumqayıt»ı da vaxtilə bu təfəkkürlə avrokuboklara aparıb.

Doğrudur, «Turan Tovuz»uni lk dönüş mövsümündə qitə arenasına vəsiqə qazanması real görünmür, amma ora cəhd etməyin özü də Premyer Liqanın üz cizgilərini yenidən çəkmək, rəqabət sahəsini genişləndirmək baxımından çox önəmlidir.

Hər halda bərk «qoz» olmaq da nailiyyətdir. Ayxan Abbasov fədakar xidmətindən dolayı təbrikləri qəbul etməyə haqq edir.

Eyni zamanda, klubun uc nqtəsində dayanmış şəxslər də. Doğru məşqçi seçimindən dolayı.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti