Şuşada yeni yaşayış kompleksi, stadion və idman meydançası tikilir.
Kompleks 8 hektar sahəni əhatə edir.
İnşaat şəhərin mərkəzi hissəsində gedir və Şuşanın memarlığına uyğun aparılır.
Artıq 8 binanın və idman qurğusunun tikintisinə başlanılıb. Podratçı şirkətin nümayəndəsi bildirib ki, işlər öz qaydasında gedir və yenilənmiş infrasturktur nəzərdə tutulan vaxt təhvil veriləcək
AzTV-nin çəkiliş qrupu Qarabağın incisi sayılan şəhərdə olub, görülən işlərlə bağlı geniş videoreportaj hazırlayıb.
SPORTİNFO.AZ




