Tərlan Əhmədov daha 2 futbolçunu "Kəpəz"dən uzaqlaşdırır

10 Sentyabr 2022 11:00 Gündəm 3 207
Tərlan Əhmədov daha 2 futbolçunu "Kəpəz"dən uzaqlaşdırır

«Kəpəz»in yeni baş məşqçisi Tərlan Əhmədov Rauf Əliyevdən sonra daha 2 futbolçunu «qara siyahı»ya daxil edib.

Bunlar Əfran İsmayılovla Tural Axundovdur.

«Turan Tovuz»la matçda komandanı ilk dəfə meydana çıxaran çalışdırıcı dünən bu oyunçuların xidmətindən yararlandı.

Müdafiəçi Axundov sonadək ehtiyatda qaldısa, yarımmüdafiəçi İsmayılovun adı, üumiyyətlə, iştirak ərizəsinə daxil edilmədi.

Əhmədov yayda komandaya qoşulmuş cütlüyün ona lazım olmadığını rəhbərliyin diqqətinə çatdırıb.

Bildirib ki, onlar Raufla birgə ən ödənişli futbolçulardır, lakin kollektivi öz arxasınca aparmaq gücündə deyillər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!