"Frayburq"un baş məşqçisi "Qarabağ" haqda proqnoz verdi

9 Sentyabr 2022 01:50 Gündəm 2 276
"Frayburq"un baş məşqçisi "Qarabağ" haqda proqnoz verdi

"Rəqibi analiz etmişdik, onların Çempionlar Liqasının təsnifat mərhələsindəki görüşlərini izləmişdik.

"Qarabağ" güclü komandadır".

Sportinfo.az xəbər verir ki, bunu "Frayburq"un baş məşqçisi Kristian Ştrayx "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis "Qarabağ"ın çox güclü futbolçularının olduğunu bildirib:

"Bu matçın belə keçəcəyini gözləyirdim. İlk 20 dəqiqədə çox yaxşı oynadıq. Qələbəyə layiq olduğumuzu düşünürəm".

Almaniyalı baş məşqçi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşdən əvvəl və sonra söhbət etdiyini xatırladıb:

"Ona Bakıya gedəcəyim üçün və belə rəqibə qarşı mübarizə apardığımız üçün şad olduğumu bildirdim".

Ştrayx Azərbaycana getmək istədiyini növbəti dəfə təkrarlayıb:

"Bu ölkənin yeməyinin dadına baxmışam. Sizin regionla maraqlanıram. Hətta Gürcüstana da getmək istəyirdim. Amma pandemiya vaxtına düşdüyü üçün alınmadı".

Mütəxəssis qrupda favoritin olmadığını sözlərinə əlavə edib:

"Hər 4 komanda eyni gücdədir. Hələlik kimin birinci və ya dördüncü olacağını deyə bilmərəm. Amma bilərəm ki, onların arasında da fərq çox olmayacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti