Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da ilk matçına çıxıb.
Qurban Qurbanovun komandası G qrupunda Almaniya “Frayburq”unun qonağı olub.
Ağdam təmsilçisi hazırda Bundesliqanın lideri olan komanda ilə çətin matçdan məğlub ayrılıb - 1:2. "Qarabağ"ın oyundakı yeganə qolunu isə 39-cu dəqiqədə Marko Veşoviç vurub.
“Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Vinçentso Qrifo, 7-pen. (1:0), Ritsu Doan, 15 (2:0), Marko Veşoviç, 39 (2:1)

