Almaniyanın məşhur nəşri Ağdam klubundan yazdı: “Həzz ala bilərlər"

8 Sentyabr 2022 20:30 Gündəm 1 113
Almaniyanın məşhur nəşri Ağdam klubundan yazdı: “Həzz ala bilərlər"

Almaniyanın məşhur "Kicker" nəşri bu gün "Frayburq" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin I tur oyununa xüsusi yer verilib.

Sportinfo.az xəbər verir ki, qəzet bir səhifəni məhz bu qarşılaşmaya həsr edib.

Səhifənin başlığında "Aber Mit Vergnügen" (Amma məmnuniyyətlə), yarımbaşlıqda isə "Ştrayx və "Frayburq" hazırdır və indi avdokuboklardan həzz ala bilərlər" yazılıb.

"Kicker" hər iki komandanın ehtimal olunan start heyətlərini də açıqlayıb. Nəşr azərbaycanlı jurnalist Rasim Mövsümzadədən "köhlən atlar" haqqında açıqlama da alıb.

Bundan əlavə, qəzetin son səhifəsində Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun da fikirlərinə rast gəlinir.

32 yaşlı hücumçuya bugünkü matçla bağlı yox, III Bundesliqanın növbəti turunda "Zviçkau" komandasına qarşı keçirəcəkləri görüşlə bağlı müraciət olunub.

Bu gün "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti