Azərbaycan klubu indiyə qədər belə halla rastlaşmayıb – İLK OLACAQ

8 Sentyabr 2022 22:00 Gündəm 4 828
Azərbaycan klubu indiyə qədər belə halla rastlaşmayıb – İLK OLACAQ

“Frayburq” – “Qarabağ” qarşılaşmasına hədsiz maraq var.

Almaniyanın müxtəlif şəhərlərində, eləcə də bu ölkəylə qonşu dövlətlərdə yaşayan həmyerlilərimiz bu gün səhər saatlarından oyunun keçiriləcəyi şəhərə axın etməkdədir.

Səhər saatlarından başlayaraq Berlin, Nürnberq, Köln, Dortmund, Frankfurtda yaşayan soydaşlarımız Frayburqa gəlib və gəlməkdədir.

Bu isə o deməkdir ki, bu axşam “Qarabağ”ın avrokubok tarixində ilk yaşanacaq.

“Frayburq” qonaq azarkeşlərə 900 yer ayırıb. Stadionda bu qədər azarkeşin olacağı inandırıcı görünməsə də, təxminən 400-500 nəfərin “Europa-Park”a təşrif buyuracağı gözlənilir.

İndiyə qədər “Qarabağ”ı səfər matçında bu sayda azərbaycanlı dəstəkləməyib.

Düzdür, “Göteborq”, “F91 Düdelanj”, “Fiorentina” ilə oyunlar zamanı stadionda xeyli sayda soydaşımız olub. Amma 400 nəfər və daha artıq, bu, ilk kimi tarixə düşəcək.

Bu gün Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Frayburq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti