Sabah “Qarabağ” Avropa Liqasının G qrupunda mübarizəyə qoşulacaq.
Ölkəmizin çempionu Almaniyada “Frayburq”un qonağı olacaq.
Tribunalarda anşlaq gözlənilir. Ekran qarşısında isə milyonlarla azərbaycanlının qəlbi “Qarabağ”la döyünəcək.
Sportinfo TV-də yayımlanan "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov Almaniya klubu ilə qarşılaşmada nələrə diqqət edilməsinin vacibliyini açıqlayıb:
“Futbolçularının ümumi dəyəri 150 milyon avrodan çox olan “Frayburq” doğma meydan amilini də nəzərə alaraq, ilk yarım saat ərzində oyunu meydanın “Qarabağ”a aid hissəsində keçirərək, erkən qol vurmağa çalışacaq ki, qarşılaşmaya nəzarəti tam ələ almaq imkanı yaransın.
Bunun qarşısını almaq üçün imütləq həm toplu, həm də topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli olmaq lazımdır. Frayburqun eyniadlı klubu hücumlar zamanı 6-7 nəfərlə çoxala bilirlər.
Kristian Ştrayxın baş məşqçisi olduğu komandada Rolan Şallainin yoxluğu “Qarabağ” üçün böyük üstünlükdür.
Çünki 2-ci və 3-cü zonaya keçid oyununda daha sürətli və texnikalı futbolçuya qarşı mübarizə aparmaq çətin olacaqdı.
Amma bütün bunlara baxmayaraq, hücumda Nils Petersen kimi təhlükəli və hava toplarında sərrast olan hücumçuları da var.
4-4-2 oyun formatına üstünlük verən Almaniya klubu matç içərisində gedişata görə 4-2-2-2 sisteminə də keçə bilir.
Hücuma keçidlərdə 2-3-5 oyun planına da üstünlük verilir. “Frayburq” meydançada oyunçu paylaşımı, mövqe seçimi və sığortalamasını mükəmməl həyata keçirir.
Xüsusilə komandada sağ və sol cinah müdafiəçiləri ilə mərkəz müdafiəçiləri arasında boş zonanı blok etmək kifayət qədər yaxşı alınır”.
Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz

