Ukrayna ordusu Xersonda yeni əraziləri azad etdi

6 Sentyabr 2022 12:50 Gündəm 1 030
Ukrayna ordusu Xersonda yeni əraziləri azad etdi

Ukrayna ordusu Xerson vilayətinin şimalında Olgino kəndini azad edib.

Bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri daha 3 yaşayış məntəqəsini azad edib. Lakin bu ərazilər barədə məlumatı ilk olaraq Baş Qərargah açıqlamalıdır.

Arestoviç, həmçinin hesab edir ki, 3-4 həftədən sonra Xerson istiqamətində Rusiya üçün vəziyyət pisləşəcək.

Ukrayna ordusu Xerson vilayətinin Visokopolye qəsəbəsini, Donetsk vilayətinin Ozernoe kəndini də azad edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!