SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyata fasilə verdi

7 İyul 2022 13:50 Gündəm 507
SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyata fasilə verdi

Ötən gün ilk dəfə olaraq Rusiya Ukraynanın yeni ərazilərinin ələ keçirilməsi ilə bağlı heç bir açıqlama verməyib.

Bu da təcavüzkarın hərbi əməliyyata fasilə verdiyini göstərir.

Bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.

“Bununla belə, Rusiya qüvvələri iyulun 6-da bütün istiqamətlərdə məhdud və uğursuz quru hücumlarını davam etdirib. Bu cür cəhdlər Rusiyanın əməliyyat fasiləsinə getdiyini göstərir. Lakin bu, aktiv döyüş əməliyyatlarının tam dayandırımaq deyil. Rusiya qüvvələri daha böyük hücum şəraiti yaratmaq üçün nisbətən kiçik hücumlarla məhdudlaşacaqlar”, - məlumatda deyilir.

İnstitut Kremlin Rusiya iqtisadiyyatını Ukraynada uzun sürən müharibə hazırladığına da diqqət çəkib:

“Bunu Dövlət Dumasının əmək münasibətlərinin tənzimlənməsinə dair qəbul etdiyi qanunlar sübut edir. Bunlardan biri məmurlara işçiləri şəxsi məzuniyyətdən geri çağırmağa, onların razılığı olmadan məzuniyyət vaxtını dəyişdirməyə və işçilərin həftə sonları, bayram və gecələr işləməsini tələb etməyə icazə verə bilər. Bu tədbirlər Kremlə Rusiya iqtisadiyyatının əksər aspektləri, o cümlədən bəzi işçilərin müntəzəm olaraq istifadə etdiyi hüquq və müdafiələrin dayandırılması üzərində daha birbaşa nəzarət əldə etməyə imkan verir”.

Digər Xəbərlər
Xəbər Lenti