Daha bir azərbaycanlının legioner həyatı başa çatır – Premyer Liqadan 2 təklifi var

5 İyul 2022 16:00 Gündəm 1 831
Daha bir azərbaycanlının legioner həyatı başa çatır – Premyer Liqadan 2 təklifi var

Xaricdə legioner həyatı yaşayan daha bir həmyerlimiz karyerasını Azərbaycanda davam etdirəcək.

Söhbət martın əvvəlində “Neftçi”dən “Dauqavpils”ə icarəyə verilən Asim Əlizadədən gedir.

“Neftçi”nin əsas komandasında şans qazanmayan 22 yaşlı yarımmüdafiəçi yüksək liqada forma şansı qazanmaq üçün Latviyaya üz tutmuşdu.

Lakin eyni şans onun üçün indi Azərbaycanda yaranıb. İş burasındadır ki, Premyer Liqanın 2 təmsilçisi Əlizadəni heyətində görmək istəyir, hətta bununla bağlı rəsmi müraciət olub.

Bunlar “Şamaxı” ilə “Kəpəz”dir. Hazırda Asimin keçidi üçün danışıqlar və müzakirələr aparılır. U-21-in sabiq üzvü karyerasını bu iki komandadan birində davam etdirəcək.

Asim Əlizadə “Dauqavpils”də martdan iyuna qədər 9 oyunun iştirakçısı olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti