Cavid Hüseynova məsləhət - "Neftçi"də Abasovun “torba”sı belə şeylərə görə tikildi"

29 İyun 2022 22:20 Gündəm 1 618
Cavid Hüseynova məsləhət - "Neftçi"də Abasovun “torba”sı belə şeylərə görə tikildi"

Ötən mövsüm baş məşqçi kimi "Cəbrayıl"la Region Liqasının çempionu olan Cavid Hüseynov özü haqqında kifayət qədər müsbət fikirlər formalaşdırmağı bacarmışdı.

Artıq ona perespektiv vədən edən gənc baş məşqçi gözü ilə baxanlar da az deyil.

Hətta bir göz qırpımında sabiq yarımmüdafiəçi Region Liqasından Premyer Liqa təmsilçisi olan "Şamaxı"ya baş məşqçi gətirildi.

Bir sözlə, yaxşı futbolçu karyerası olmuş Hüseynovun məşqçilikdə də ilk addımları əla alınmağa başlamışdı. Amma onun son açıqlaması bütün müsbət fikirləri də kölgədə qoymuş oldu.

Belə ki, "Cəbrayıl"la UEFA Region Liqasında uğursuzluq yaşayan mütəxəssis gələn iradlara, tənqidlərə cavab olaraq öz sosial şəbəkə hesabından yazdığı "Sizə bir söz deyim, bizi bizdən başqa heç kim başa düşə bilməz və başa düşməyəcək də. 20 gün ərzində yeni komanda formalaşdı və beynəlxalq oyuna çıxdıq. Nəticədən asılı olmayaraq sizinlə fəxr edirəm. Əzmkarlığınız, mübarizliyiniz göz önündəydi. Hürənlərə fikir verib qızıl vaxtınızı itirməyin, başınızı dik tutun və önünüzə baxın" paylaşımı birmənalı qarşılanmadı.

Hətta fanatlar sosial şəbəkələrdə Cavid Hüseynova sərt iradlarını bildiriblər:

"Bir insan ki, öz azarkeşin hürən adlandırır, tay sözüm yoxdur. Bu, Cəbrayılın mənəviyyat və mədəniyyətinə böyük zərbədir".

"Qeyri-peşəkar hərəkətdi".

"Bu, azarkeşlərə qarşı nə münasibətdir? Ayıbdır, bu söz peşəkar sözü deyil".

"İnsan cəmiyyət qarşısında məsuliyyət hiss etmirsə, o, vəzifəyə layiq deyil".

"Caviddən başqa nəsə gözləmək yersizlikdir. Elə bilir ki, futbol oynayan baş məşqçi ola bilər. Nə savad var, nə danışıq var. Bunlar gedib birinci 1 il psixologiyanı, özünü necə idarə etməyi öyrənməlidir, sonra məşqçilik kursu keçməlidir".

"Özü nə oynadı ki, indi nə öyrədir".

"Çox qeyri-peşəkar adamdır. Yadımadır bir dəfə millinin oyunu gedən vaxt azarkeş nəsə söz dedi, bu da oyun gedə-gedə azarkeşə qayıdıb cavab qaytardı".

"Çox pis başladı məşqçiliyə".

"Kimliyindən asılı olmayaraq azarkeşə belə müraciət etmək məsuliyyətsizlikdir. Necə ki, "Neftçi"də Samir Abasovu belə şeylərə görə torbası tikildi".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"