SOCAR AFFA-da “təmizlik” istəyir – Yola salınmaq sırası kim(lər)ə çatıb?

29 İyun 2022 11:40 Gündəm 3 352
SOCAR AFFA-da “təmizlik” istəyir – Yola salınmaq sırası kim(lər)ə çatıb?

AFFA-da islahatlar davam edəcək. Bu, SOCAR-ın tələbidir.

Neft şirkəti baş sponsoru olduğu federasiyanın müxtəlif strukturlarında “təmizləmə işləri”nin aparılmasını istəyir və bu istəyin həyata keçirilməsində israrlıdır.

Serbiyalı Milan Obradoviçin U-21 yığmasının, avstriyalı Frits Stuxlikin Hakimlər Komitəsinin sədri postundan getməsi SOCAR-ın AFFA-ya təsirinin nəticəsidir.

2018-ci ildə - qurumun ovaxtkı icraçı vitse-prezidneti Elxcan Məmmədovun təqdimatı ilə Azərbaycana gətirilən əcnəbi funksionerlərin müqavilə müddətinin artırılmamasını başqa nəyləsə əlaqləndirməyə dəyməz.

Təbii, E.Məmmədov vəzifə başında qalsaydı, adları çəkilənlər minimum daha bir neçə il ölkəmizdə havayı pul qazanacaqdı.

SOCAR-ın yeni rəhbərliyi E.Məmmədovun əcnəbi sevgisinin nədən qaynaqlanmasını çox yaxşı başa düşür və Azərbaycana aid valyutanın mənasız yerə ölkədən kənara çıxmasına yol vermək fikrində deyil.

Plandakı növbəti persona Cannı De Byazidir. 2019-cu ildə millininin başına keçən italiyalı iyunun əvvəlində istefaya göndəriləcəkdi - əgər Millətlər Liqasının 4-cü turunda Belarusa Bakıda qalib gəlmək mümkün olmasaydı.

“Dalğa Arena”da keçirilən qarşılaşmada qeydə alınan ilk qələbə 65 yaşlı çalışdırıcını qovulmaq təhlükəsindən xilas etdi. Amma cəmi 2-3 aylıq. Komanda Millətlər Liqasının son turlarında hansı nəticələri əldə etməsindən asılı olmayaraq,

AFFA 10 aylıq müqavilənin müddətini uzatmayacaq. Çünki yığmanın D Liqasının 3-cü qrupundan lider kimi çıxmaq şansı praktiki cəhətdən real görünmür.

Ümumiyyətlə, SOCAR AFFA-nın Elxan Məmmədova yaxınlığı ilə bilinən bütün kadrlardan təmizlənməsində maraqlıdır.

Hazırda federasiyada fəaliyyət göstərən kadrların demək olar 90 faizi sabiq icraçı vitse-prezidentin özü tərəfindən görəvə gətirilib.

Qalanları onun-bunun tərəfindən tapşırılanlardır. Tək-tük əməkdaş var ki, sırf təsadüf nəticəsində AFFA-nın otaqlarında özünə yer edə bilib.

SOCAR istəmir ki, E.Məmmədovun adamlarının çoxluq təşkil etdiyi AFFA ilə yoluna davam eləsin. Əslində, növbəti mövsüm Premyer Liqa və I Divizionda mübarizə aparacaq klublara ayrılacaq büdcənin hələ də müəyyənləşməməsi bu narahatlığın təzahürüdür.

Neft şirkəti ona məxsus vəsaitin federasiya vasitəsilə elita və birinci liqa təmsilçilərinə çatdırılmasını arzulamır və vəziyyətdən çıxış yolunu tapmaq üçün alternativ vasitələri nəzərdən keçirir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti