"Neftçi" tanınmış klubdur, amma bizdən güclü deyil"

23 İyun 2022 12:40 Gündəm 849
"Neftçi" tanınmış klubdur, amma bizdən güclü deyil"

Kiprdə tanınmış futbol mütəxəssislərindən olan Andreas Muskallis Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Aris”in növbəti mərhələ şanslarını dəyərləndirib.

Sportштащ.az xəbər verir ki, təcrübəli mütəxəssis həmyerlilərinin Bakı klubundan qorxmamalı olduğunu deyib:

​“Avrokuboklarda rəqiblərimizdən qorxmamalıyıq. Bütün rəqibləri ciddi qəbul etmək lazımdı.

Bunun üçün yaxşı hazırlaşmaq lazımdıк. Avropada klublar arasında fərq o qədər də böyük olmur. Xüsusilə də, ilk raundlarda.

“Neftçi”, “Botev”, “Midtulland” tanınmış klublardı, amma onlar bizdən o qədər də güclü deyillər. Klublarımızın uğurlu çıxış edəcəyini hiss edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti