Azərbaycanda son sutkada cəmi 2 nəfər koronavirusa yoluxdu

23 May 2022 17:30 Gündəm 432
Azərbaycanda son sutkada cəmi 2 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, sağalma sayı isə sıfır olub.

Sportinfo.az xəbər verir ki, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 842, bu günə qədər isə ümumilikdə 6 874 348 test icra olunub.

Digər Xəbərlər
Xəbər Lenti