Azərbaycan millisinin forvardı o qədər PUL İSTƏYİR Kİ…

21:20 Gündəm 1 453
Azərbaycan millisinin forvardı o qədər PUL İSTƏYİR Kİ…

Azərbaycan millisinin forvardı Renat Dadaşovun hələ də özünə yeni komanda tapa bilməməsinin səbəbi dəqiqləşib.

Bu, onun maddi istəkləri ilə bağlıdır.

Belə ki, 26 yaşlı hücumçu ona təklif göndərən klublara heç bir güzəşt etmir.

Almaniyada dünyaya göz açmış ön xətt oyunçusu illik müqavilə haqqı kimi 300 min dollardan aşağı düşmür. Odur ki, o, karyerasını hazırkı komandası “Motor”da davam etdirə bilər.

Lublin təmsilçisi Dadaşov da daxil olmaqla 3 oyunçunu transferə çıxarsa da, hələlik heç biri klubdan ayrılmayıb.

Məşqçilər korpusu da onları Türkiyədə baş tutacaq qış təlim-məşq toplanışına aparmaq qərarına gəlib.

Dadaşov onunla maraqlanan klublarla anlaşa bilməsə, o zaman yaya qədər burada qalacaq. Lakin mövsümün qalan matçlarında ona şans verilib-verilməyəcəyi qeyri-müəyyəndir.

Renat Dadaşovun “Motor”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”